Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Şirvanda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Şirvanda vətəndaşları qəbul edəcək 2025-02-26 10:41:58
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova fevralın 27-də Şirvan Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 012 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun 13 saylı Şirvan Ərazi İdarəsinə (telefon: 051 3899799, elektron ünvan: dedkr.13sayli@emlak.gov.az) 26 fevral saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.